İsmayıllı rayonu 84 il bundan əvvəl yaradılıb. Ötən illərdə sosial-iqtisadi, infrastruktur, sənaye və kənd təsərrüfatı baxımından böyük inkişaf yolu keçən rayon bu gün 1 şəhər, 2 qəsəbə və 105 kəndi əhatə edir. Hazırda əhalinin sayı 84697 min nəfərdən çoxdur. Onların 33 faizi şəhərdə, 67 faizi kəndlərdə yaşayır. İsmayıllı rayonunun yaradılmasının 84 illiyi Heydər Əliyev adına Mədəniyyət Mərkəzində təntənəli tədbirlə qeyd olunub. Tədbirdə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə İsmayıllı rayonunun tarixini, xalq sənətkarlığını, iqtisadiyyatının ayrı-ayrı sahələrini, təhsilini, incəsənətini, ədəbiyyatını əks etdirən geniş sərgi ilə tanış olublar.
Tədbirdə rayon təhsil şöbəsinin metodisti Ramiz Baloğlanov, Talıstan kənd tam orta məktəbin müəllimi Xalid Mürşüdov, şəhər 6 saylı tam orta məktəbin müəllimi Hacıməmməd Məmmədov çıxış edərək, rayonun inkişaf tarixi barədə ətraflı məlumat veriblər. Məruzəçilər ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanın digər bölgələri kimi İsmayıllıya da göstərdikləri diqqət və qayğıdan bəhs ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin İsmayıllıya səfərlərindən, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı verdiyi konkret tapşırıqlardan da danışılıb.
Tədbir konsert proqramı ilə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB