Şirvanda gənc Prezident təqaüdçülərinin konserti keçirilib FOTOLAR

Şirvanda gənc Prezident təqaüdçülərinin konserti keçirilib FOTOLAR

Şirvan şəhərində gənc Prezident təqaüdçülərinin konserti keçirilib. SİA-nın verdiyi xəbərə görə, istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsini, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədilə ümummilli lider Heydər Əliyev "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərman imzalanıb.Bu Fərmana uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə musiqi sahəsində xüsusi istedadı olan onlarla uşaq və gəncin adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılmış və onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər.

Prezident təqaüdçüləri olan gənc istedadlı musiqiçilərin respublikada tanınması və gənc nəsildə bədii-estetik zövqün inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə mütəmadi olaraq bölgələrdə konsertlər keçirilir. Şirvan şəhərinin Mədəniyyət Evində Prezident təqaüdçüləri olan gənc musiqiçilərin konserti keçirilib. Konsertdə Atabala Manafzadə və Nəriman Əmiraslanov (fortepiano), Cahandar Xanlarov və Mədinə Şahgəldiyeva (kamança), Şəms Ağazadə və Aytən İbrahimova (violin), Mustafa Aşurov (tar), Pərvaz İbrahimli (xanəndə), Ayqül Həsənova (kanon) habelə Sevinc Kərimovanın (konsertmeyster) ifalarında xalq musiqi incilərimiz, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə