Rus Dram Teatrı Yeni ilə hazırlaşır

Rus Dram Teatrı Yeni ilə hazırlaşır

Dekabrın 24-dən yanvarın 8-dək S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı "Durnabalığının buyruğu ilə" Yeni il tamaşasını təqdim edəcək. SİA-nın verdiyi xəbərə görə, tamaşada uşaqları Şaxta baba və Qar qız qarşılayacaq. Səhnə əsərinin quruluşu teatrın baş rejissoru, xalq artisti Aleksandr Şarovskiyə məxsusdur.

Qeyd edək ki, tamaşada rolları teatrın gənc artistləri ifa edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə