Gənclər ictimai davranış qaydalarına əməl edirmi? FOTOLAR

Gənclər ictimai davranış qaydalarına əməl edirmi? FOTOLAR

Bu gün Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyilə Azərbaycan Maarifçi Gənclər Təşkilatı "Gənclərin ictimai davranış qaydalarının təbliğində rolu" layihəsinin yekunu olaraq sosial videoçarxın təqdimatı keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirə Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclərlə İş sektorunun məsləhətçisi Rahu Qurbanova, Gənclər İdman Nazirliyinin baş məsləhətçisi Faiq Qurbanzadə, NİİM-in mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı qatılıb. Çıxış edənlər xüsusi olaraq vurğulayıblar ki, bu gün gənclərimizin bu sahədə maariflənməsinə böyük ehtiyac var. Onlarla yol qəzalarına səbəb olan düzgün yerdən keçməmələri, böyük mənfi fəsadlara yol açan ictimai yerlərdə özlərini aparmaq davranışları barədə geniş miqyaslı iş aparılmalıdır.

Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd ictimai davranış qaydalarının təbliğ olunması və bu qaydalara əməl olunmasına gəncləri təşviq etməkdir. Videoçarx 1 ay müddətində Park Cinema Kinoteatrlar Şəbəkəsində, Park Bulvar AVM-də və internet daşıyıcılarında yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə