Yaradıcı tələbə gənclərin sənət sərgisi yekunlaşıb FOTOLAR

Yaradıcı tələbə gənclərin sənət sərgisi yekunlaşıb FOTOLAR

Yaradıcı tələbə gənclərin sənət sərgisi yekunlaşıb. Bak Dövlət Universitetindən SİA-ya verilən xəbərə görə, ali məktəbin Tələbə Gənclər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Yaradıcı tələbə gənclərin sənət sərgisi" adlı layihə yekunlaşıb. Layihənin məqsədi yaradıcı tələbə gənclərin əl işlərinin təqdimatlarını, sərgisini keçirtməkdir. Layihə çərçivəsində müvafiq elanlar vurulub və ən yaxşı sənət əsərləri təbliğ edilib.

Gənc rəssam Ləman Əliyevanın rəsm əsərləri nümayiş etdirilib. Həmçinin Bakı Dövlət Universitetinin tələbələrinin əl işləri də təqdim olunub.

Üç gün davam edən sənət sərgisi çərçivəsində əlliyə yaxın tələbə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə