ABŞ Səfirliyi 14-18 noyabr tarixlərində Amerika caz ifaçısı Qabriel Stravellinin Azərbaycana ilk səfərini sponsorluq edir. Səfirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycanda olarkən Qabriel Stravelli və onun qrupu müxtəlif açıq konsertlər verəcək və yerli musiqiçilər üçün ustad dərsləri keçirəcəklər. Qabriel Stravellinin Azərbaycanda keçirilən bütün konsert proqramları pulsuzdur və geniş ictimaiyyət üçün açıqdır. ABŞ səfirliyi canlı Amerika caz musiqisi ilə maraqlanan hər bir kəsi aşağıdakı tədbirlərdə iştirak etməyə dəvət edirik:
14 noyabr - 18:30-19:40 Park Bulvarda konsert
16 noyabr - 14:30-15:40 Xəzər Universitetində konsert
17 noyabr - 18:00-19:00 Milli İncəsənət Muzeyində pulsuz tur
17 noyabr - 19:00-20:30 Milli İncəsənət Muzeyində konsert
18 noyabr - 19:00-20:00 - YARAT Müasir İncəsənət Məkanında Amerika Caz Musiqisinin tarixi mövzusunda təqdimat
18 noyabr - 20:00-21:30 - YARAT Müasir İncəsənət Məkanında konsert
Qeyd edək ki, müxtəlif mükafatlar qazanan Qabriel Stravelli hər özünün original mahnılarının ifası, yeni Amerika mahnılarının ifasi həm də və Dyuk Ellington, Dolli Parton və Conni Merser kimi müsiqiçilərin standrtlarının nümayişi sahəsində dinləyicilərin rəğbətini qazanıb. Aktyor olan Qabriell lirikasında Deyvid Finklinin "fərdi expressiyanın təcəssümü" adlandırdığı bir xüsusi həssaslığa malikdir. Qabriel bu yaxında Nyu -Yorkun Metropolitan zalında Nyu -York Tayms, Vall Strit Cornal və Haffington Post da daxil olmaqla mətbuatın tərifini qazanıb və solo ifalar edib.Keçən payız o Uinton Marsalis və Linkoln Mərkəzinin Orkestrı ilə ABŞ-da turneyə getmiş və Marsalisin Abissinian: İncil Bayramını ifa etmişdir.
Qabriel Stravelli və onun qrupu ABŞ-ın Dövlət Departamentinin Amerika Musiqisinin xaricdə Təbliği proqramı çərçivəsində Azərbaycana ilk dəfə səfər edir. Sözügedən proqram tanınmış Amerika musiqiçilərinin digər ölkələrə səfərini nəzərdə tutaraq mədəniyyət sahəsində anlayışı və əməkdaşlığı inkişaf etdirir.
Ətraflı məlumat üçün ABŞ Azərbaycandakı Səfirliyinin Feysbuk səhifəsinə müraciət edin
www.facebook.com/baku.usembassy
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB