Baki TİM tərəfindən yeni xidmət və təkliflər

Baki TİM tərəfindən yeni xidmət və təkliflər

Azərbaycanın turizm potensialının daha da geniş təbliğ olunması və ölkəmizin turizm sahəsində xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə, Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən bir sıra yeni işlər görülüb. SİA-nın məlumatına görə, Bakı Turizm İnformasiya Mərkəzinin turizm üzrə mütəxəssisləri tərəfindən Qala, Qobustan, Dənizkənarı Milli Park, İçəri şəhərə və bir sıra muzeylərə yeni turlar hazırlanıb. İnformasiya Mərkəzinin saytında həmin turlar haqqında Azərbaycan, rus və ingilis dillərində məlumatlar yerləşdirilib. Mərkəzin mütəxəssisləri mərkəzə gələn əcnəbi turistlərə və qonaqlara pulsuz xidmət etməklə yanaşı yeni turlar təklif edirlər. Eyni zamanda qonaqların və turistlərin Bakı şəhərinin tarixi abidələrini, yaşayış komplekslərini, otel və ümumiyyətlə turizm infrasrukturuna daxil olan bütün görməli yerləri haqqında müvafiq məlumatların əldə etməsi məqsədi ilə mərkəzdə bələdçi tərcüməçi qrupu yaradılıb. Mərkəzə gələn əcnəbi turist və qonaqların milli suvenir, ölkəmizin turizm potensialını təbliğ edən bir neçə yeni çap məhsulları təklif olunur, o cümlədən Azərbaycanın turizm potensialı haqqında məlumatlar əldə edilməsi üçün pulsuz Wi-Fi xidməti təqdim edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə