Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Xalq artist Böyükxanım Əliyeva 70 illik yubileyi münasibətilə teatr sənəti sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə mükafatlandırılıb. SİA-nın məlumatına görə, Lənkəran Dövlət Dram Teatrının akrtisası, Xalq artisti Əliyeva Böyükxanım Həsənbala qızı 1945-ci ildə anadan olub. O, ömrünün 42 ildən artıq bir dövrünün sənətə həsr edib.
B. Əliyeva 1969-1973-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsində ali təhsil alıb.
1973-cü ildən bu günədək Lənkəran Dövlət Dram Teatrinda aktrisa kimi çalışan B.Əliyeva bu teatrın səhnəsində 100-dən çox obrazlar yaradıb. Onun Gültəkini ("Aydın", C.Cabbarlı), Rəfiqəsi ("Alov" M.Hüseyn), Təhminəsi ("Təhminə və Zaur", Anar), Bəyimi ("Anar fəryadı", M.Əliyev), Nihalı ("Yağışdan sonra",B.Vahabzadə), Anası ("Ləyaqət", H.Mirələmov), İokastası ("Şah Edip", Sofokl), Ambrası ("Dəmir sinif", A.Nikolai), Süsənbəri ("Pənah xan Cavanşir", H.Mirələmov), Bənövşəsi ("Kəndli qızı", M.İbrahimov) aktrisanın rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.
Teatr sahəsində səmərəli fəaliyyətinə görə Böyükxanım Əliyeva 1979-cu ildə "Əməkdar artist", 2000-ci ildə isə "Xalq artist" fəxri adlarına layiq görülüb. Hazırda Lənkəran Dövlət Dram Teatrında fəaliyyətini davam etdirən aktrisa gənc aktyor nəslinin yetişməsində böyük rol oynayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB