Heydər Əliyev Sarayında xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd edilib. SİA-nın məlumatına görə, əvvəlcə tədbir iştirakçıları foyedə Xalq Şairi Bəxtiyar Vahabzadənin əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycanın dahi şair və şəxsiyyətləri sırasında Bəxtiyar Vahabzadənin adı olduğunu söyləyib. Diqqətə çatdırıb ki, Bəxtiyar Vahabzadə ötən əsrin 40-50-ci illərindən başlayaraq son nəfəsinə qədər vətənin, əqidənin və bədii sözün əsgəri olub. Xalqın azadlığı, müstəqil dövlətçilik, vətəni qorumaq, tarixə ehtiram, gələcəyə inam şairin yaradıcılığının əsasını təşkil edir.
Nazir vurğulayıb ki, Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq ölkəmizin hər yerində şairə həsr edilmiş silsilə tədbirlər təşkil olunub. Bəxtiyar Vahabzadənin yubileyi yanvar ayından başlayaraq Azərbaycanda və türk dünyasında qeyd edilir.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli söz alaraq Prezident İlham Əliyevin Xalq Şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında və Şəkidə şairin ev muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqındakı sərəncamlarında yubilyarın çoxcəhətli fəaliyyəti ilə bir sırada onun milli istiqlal uğrunda mübarizəsi və milli istiqlal düşüncəsi istiqamətində ədəbiyyatda göstərdiyi xidmətlər diqqət mərkəzinə çəkilib.
Qeyd edək ki, gecədə qiraət ustaları şairin şeirlərindən və poemalarından parçalar deyib, şairin sözlərinə bəstələnmiş mahnılar tanınmış ifaçılar tərəfindən səsləndirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB