oyabrın 5-də Mədəniyyət və Turizm Nazirliyin təşkilatçılığı ilə Muzey Mərkəzinin "Sərgi Qalereyası"da "Fusion Doll" III Bakı Beynəlxalq kukla biennalesi keçiriləcək. Muzey Mərkəzindən SİA-ya verilən məlumata görə, sərgidə Rusiya, Ukraina, Belarusiya, Estoniya, Yaponiya, Latviya və Azərbaycandan olan peşəkar və həvəskar kuklaçı rəssamların 50-dək əl işləri nümayiş olunacaq.
Noyabrın 10-dək davam edəcək " Fusion Doll" III Bakı Beynəlxalq kukla biennalesinin əsas məqsədi dünyanın müvafiq sahə üzrə nüfuzlu qalereya, muzey və təşkilatlarını etnoqrafik və folklor kukla sənəti sahəsində böyük uğurlara və ənənələrə malik ölkəmizlə uzunmüddətli əməkdaşlığa cəlb etmək, müəllif kuklaları sənətinin inkişafına dəstək vermək, gənc kukla ustaları üçün stimul yaratmaqdan ibarətdir.
Qeyd edək ki, "Fusion doll" Bakı beynəlxalq müəllif kuklaları biennalesi ilk dəfə 2011-ci il noyabrda keçirilib və bununla da dünyada ilk dəfə olaraq müəllif kuklaları biennalesinin əsası qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB