Ölkəmizdə fəaliyyət göstərən ən aparıcı ali və orta təhsil müəssisələri ilə birgə həyata keçirdiyi tədbirlər, maraqlı layihələr, eləcə də tamaşaları ilə seçilən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı öz ənənəsinə sadiq qalmaqdadır. SİA-nın məlumatına görə, "İlk tələbə bileti, teatrla ilk tanışlığın sevinci", "Biz teatrı sevirik", "Mən teatr haqqında danışmaq istəyirəm", "Teatr, təhsil və mənəviyyatımız", "Zirvədəki şəxsiyyətlər", "Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbirlər teatrın müxtəlif vaxtlarda uğurla həyata keçirdiyi layihələrdəndir.
Məktəblilərin hərtərəfli tərbiyəsi, onlarda teatra sevgi hisslərinin aşılanması və teatra fəal cəlb olunması məqsədilə teatrın uğurla həyata keçirdiyi "Biz teatrı sevirik" layihəsi yaxın günlərdə Xəzər rayonu şəhid Fuad Fərhadoğlu adına 230 saylı tam orta məktəblə birgə baş tutacaq.
Qeyd edək ki, layihə çərçivəsində teatrın aktyorları, yaradıcı heyəti ilə görüşlər, disputlar, foto-sərgilər, müsabiqələr, tematik gecələr, tamaşalardan parçalar nümayiş etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB