“British Council”dan təşəkkür məktubu

“British Council”dan təşəkkür məktubu

"British Council" Mədəniyyət və Turizm Nazirliyinin və Akademik Milli Dram Teatrının rəhbərliyinə Şekspirin "Qlobus" teatrının "Hamlet" tamaşasının nümayiş olunması ilə bağlı təşəkkür məktubu ünvanlayıb. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Böyük Britaniya Birləşmiş Krallığının mədəni əlaqələr və təhsil imkanları üzrə beynəlxalq təşkilatı olan "British Council"in Azərbaycan üzrə direktoru Elizabet Vaytın adından daxil olan məktubda bildirilir ki, Londunun "Qlobus" Teatrının Bakı qastrolu yüksək səviyyədə təşkil olunub: "Mədəniyyət və Turizm Nazirliyinin və Akademik Milli Dram Teatrının rəhbərliyinə oktyabrın 3-də Şekspirin "Qlobus" teatrının "Hamlet" tamaşasının nümayiş olunmasında göstərdiyi təşkilati dəstəyə görə təşəkkürümüzü bildiririk.

Hörmətli cənab nazir, şəxsən sizə, rəhbərlik etdiyiniz kollektivə və Akademik Milli Dram Teatrına əsərin səhnəyə qoyulmasında göstərdiyiniz köməyə görə təşəkkür edirik. Eyni zamanda, keçirilən möhtəşəm tamaşanın həm mediada geniş işıqlandırılması, həm də aktyorların auditoriya tərəfindən müsbət qarşılanmasından yüksək məmnunluğumuzu bildiririk. Gələcəkdə də belə layihələrin birgə keçirilməsinə ümidvarıq".

Bütün xəbərlər Facebook səhifəmizdə