Zahid Aslanoğlu "Ustad dərsi" verib

Gədəbəy Aşıq Məktəbində "Ustad dərsi" rubrikasında növbəti görüş tanınmış saz ifaçısı, Ümumdünya Folklor Festivalının qalibi, bir sıra müsabiqələrin laureatı Zahid Aslanoğluya həsr edilib. SİA-nın məlumatına görə, onlarla yetirməsi olan ustad ifaçı görüşdə yaradıcılıq fəaliyyətindən,sənətə olan marağından danışmış, bir sıra məşhur ifaçılarla birgə konsertlərdəki çıxışlarından söz salıb.
Ustad ifaçı Aşıq Məktəbinin dərs otaqları, Saz muzeyi və Səsyazma studiyası ilə tanış olub. O, "Folklor" ansamblının üzvlərinə məsləhətlər, tövsiyələr vermiş, uğurlar diləyib. Daha sonra bir neçə saz havası ifa etmiş məşhur sənətkar həm də saz alətinin quruluşu, ifa texnikası barədə də fikirlər söyləyib.
Qeyd edək ki, ustad haqqında vaxtilə Azərbaycan Televiziyası Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "Dağların ustad aşığı " adlı televiziya filmi çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə