Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc dirijoru, dirijorların beynəlxalq müsabiqələrinin laureatı, Prezident mükafatçısı Əyyub Quliyev 20-25 oktyabr tarixində Belarus Respublikasının paytaxtı Minsk şəhərinə qastrol səfərinə dəvət olunub. SİA-nın məlumatına görə, Ə.Quliyev Azərbaycan və Belarus Opera və Balet Teatrları arasında qarşılıqlı mədəni əməkdaşlıq haqqında bağlanmış Memoranduma uyğun olaraq oktyabrın 24-də Minsk Böyük Akademik Opera və Balet Teatrında P.İ.Çaykovskinin "İolanta" operasının tamaşasına dirijorluq edəcək. Gənc dirijorumuzun idarə edəcəyi tamaşada Belarus teatrının ən istedadlı vokalçılarından olan Vokalçıların beynəlxalq müsabiqələrinin və Belarusun Dövlət mükafatı laureatları Eduard Martınyuk və Yelena Zolova baş rollarda çıxış edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB