Azərbaycanlı kinoaktyor Ruslan Sabirli Gürcüstan mətbuatında müsahibəsi yer alıb. Bu barədə SİA-ya açıqlama verən aktyor bildirib ki, dünyanın bir nömrəli jurnalı olan OK! Jurnalının Gürcüstan nəşrində onun geniş müsahibəsi dərc olunub: "Son zamanlar Gürcüstanda olmağım barədə məlumat sürətlə yayılır. Burada da pərəstişkarlarımın sayı artmaqdadır. Gürcüstan mətbuatı da təbii ki, bu məlumata biganə qalmadı və "OK! Gürcüstan" jurnalına ilk müsahibəmi verdim. Ümidvaram ki, bu son müsahibəm deyildir və burada olduğum müddət ərzində doğma Azərbaycanımda olduğu kimi Gürcüstan media və mətbuatının mütəmadi gündəmində olacağam. Həmçinin Gürcüstan kinomatoqrafiyası ilə əməkdaşlığıma da inanıram."
Qeyd edək ki, aktyor Ruslan Sabirli "Sənə inanıram" və "Muradına çatan Günəş" seriallarından tamaşaçıların sevgisini Həmid və Murad obrazları ilə qazanıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB