Nazir: “Mədəniyyət adamları öz nüfuzlarını saxlamalıdırlar”

Nazir: “Mədəniyyət adamları öz nüfuzlarını saxlamalıdırlar”

"Mədəniyyət, incəsənət, şou-biznes hər zaman cəmiyyətə açıq olan sahələrdir. İstər-istəməz burda gedən proseslər dərhal ictimaiyyətin diqqətinə çatır. Bu sahəni təmsil edən insanlar məsuliyyəti dərk etməlidirlər. Çünki onlar göz qabağındadırlar". Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib.

Nazir bildirib ki, mədəniyyət sahəsini təmsil edən insanların davranışının inzibati yolla qarşısının alınması mümkün deyil: "Hesab edirəm ki, prezident tərəfindən yüksək adlara layiq görülən insanlar bu məsuliyyəti yalnız səhnəyə çıxmaqla məhdudlaşmamalıdırlar. Onlar həyatları, davranışları, cəmiyyətdəki sözləri və rolu ilə buna əməl etməli, öz nüfuzlarını saxlamalıdırlar. Onlar bilməlidirlər ki, hər bir söz və hərəkətləri cəmiyyətdə müəyyən əks-sadə doğuracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə