“XII TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib FOTO

“XII TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib FOTO

Türkiyənin Safranbolu şəhərində "XII TÜRKSOY Fotoqraflar Görüşü" keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, KKTC, Bosniya-Herseqovina, Makedoniya, Albaniya, Ukrayna, İran və İraq, həmçinin Rusiya Federasiyasına bağlı Tatarıstan, Tıva, Tatarıstan, Kabarda-Balkarıstan və Moskvadan fotoqraflar iştirak edib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı ilə Safranbolu Bələdiyyə Başçılığının birgə təşkil etdiyi və beş gün davam edən foto-safari boyunca görüş iştirakçıları bu bölgənin tarixi, mədəni və təbii zənginlikləri, insanların yaşam tərzi ilə yaxından tanış olma imkanına sahib olublar.

Görüş XVI Beynəlxalq Qızıl Zəfəran Sənədli Film Festivalı çərçivəsində keçirilib. Adıçəkilən festival 09-11 oktyabr 2015-ci il tarixində Türkiyənin Safranbolu şəhərində keçirilib. Azərbaycanlı, Qazax, Qırğız, Kipr və Alban rejissorlarının qatıldığı bu Festivalda çoxmillətli münsiflər heyətinin qərarı ilə bu il birincilik Mükafatını qırğız rejissor Tınay İbragimovun "On üçüncü" adlı çalışması qazanmışdır. Türk Dünyası Bələdiyyələr Birliyinin Xüsusi Mükafatı Azərbaycanlı rejissor Adil Azaya təqdim edilib.

Görüş çərçivəsində iştirakçılar tərəfindən çəkilən şəkillər toplanaraq "Türk Dünyası Fotoqaflarının gözü ilə Safranbolu" adlı sərgi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə