Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 18 oktyabr Müstəqillik gününə həsr olunmuş – "Azərbaycan dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, Tibb Kollecinin tələbələrinin iştirakı ilə keçirilən tədbirdə H.Əliyevin büstü ziyarət olunmuş, ulu öndərin ictimai-siyasi fəaliyyətini və Azərbaycan tarixinin müəyyən məqamlarını əks etdirən video çarx nümayiş olunub. Sonra tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru S.Şəfiyeva açıb. O öz çıxışında qeyd edib ki, azadlıq və müstəqillik həm ayrıca vətəndaş üçün, həm də millətlər üçün müqəddəs və ən şirin nemətdir. 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidi ilə hakimiyyətə qayıdışının nəticəsi, siyasi fəaliyyətinin bəhrəsidir. Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradıb. Heydər Əliyevin təxirəsalınmaz tədbirlərinin nəticəsi kimi torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılıb. Tədbirdə birmənalı olaraq H.Əliyev ideyalarının layiqli davamçısı ölkə prezidenti İlham Əliyevin Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olması yolundakı böyük xidmətlərindən söhbət açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB