Aktrisa 70 yaşını səhnədə keçirəcək FOTOLAR

Aktrisa 70 yaşını səhnədə keçirəcək FOTOLAR

Oktyabrın 15-də Azərbaycan Dövlət Rus Dram teatrının səhnəsində Oleq Yernevin pyesi əsasında Azərbaycanın xalq artisti, teatrın baş rejissor Aleksandr Şarovskinin səhnələşdirdiyi "Yeni İl gecəsi məhəbbət intriqaları" tamaşası növbəti dəfə oynanılacaq.

Teatrdan SİA-ya verilən məlumata görə, tamaşanın əsas rollarından birini ifa edən Azərbaycanın əməkdar artisti Yevgeniya Nevmerjiskayanın 70 yaşı olacaq. Mədəniyyət və Turizm Nazirliyinin "Azərbaycan mədəniyyətinin fəxri işçisi" və "Sənətkar" medalı ilə təltif olunan aktrisa 50 ildir ki, səhnədədir.

Tamaşanın çox maraqlı mövzusu var. 3 dəfə ərə gedən qəhrəmanın keçmiş həyat yoldaşları yaşlılıqlarını onun yanında keçirmək üçün onun yanına qayıdırlar. 3 kişi onun yanında qalmaq üçün hər şeyə hazırdır.

Qeyd edək ki, tamaşada Yevgeniya Nevmerjiskaya ilə yanaşı xalq artistləri Səfa Mirzəhəsənov, Məbud Məhərrəmov, əməkdar artist - Əsgər Rəhimov və aktrisa Mədinə Mollayeva iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə