Oktyabrın 15-də Muzey Mərkəzində "Ailə albomu" Şərq Əməkdaşlığı fotoalbomunun təqdimatı keçiriləcək. SİA-nın məlumatına görə, fotoalbom 30 ay davam etmiş "Say Cheese" layihəsinin yekunu olaraq çapdan çıxıb. Avropa Birliyinin "Mədəniyyət" layihəsi çərçivəsində maliyyələşdirilən "Say Cheese" layihəsi Şərq Əməkdaşlığı ölkələrinin müsbət imicinin formalaşması məqsədi daşıyır.
Fotoalbomda Şərq Əməkdaşlığı ölkələrindən bəhs edən fotolar yer alıb. Şəkillər beynəlxalq fotoplenar zamanı çəkilib. Azərbaycandan 8 fotoqraf bu ölkələrdə olub.
Azərbaycan Fotoqraflar Birliyi Şərq Əməkdaşlığı ölkələrindən doqquz fotoqrafı qəbul edib və ölkəmizin görməli və tarixi yerlərində fotoplenar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB