Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Xətai Sənət Mərkəzi "Bu sizsiniz" adlı rəsm müsabiqəsi elan edib. SİA-nın məlumatına görə, müsabiqə ölkəmizdə turizm sektorunun inkişafına dəstək məqsədi ilə keçirilir.
Müsabiqədə iştirak etmək istəyənlər öz rəsm əsərlərini oktyabrın 15-dək Xətai Sənət Mərkəzinin facebook səhifəsinin (https://www.facebook.com/xsm.art.az) mesaj qutusuna göndərə bilərlər. İştirak üçün portret janrında fərqli üslubda (qara qələm, quru fırça, pastel, kömür, akvarel, akril, gips, döymə və s.) ən azı 3 rəsmin fotosunu göndərmək lazımdır. Göndərilən işlərə münsiflər heyəti tərəfindən baxış keçiriləcək.
Qeyd edək ki, münsiflər tərəfindən seçilmiş iştirakçılar oktyabrın 24-də saat 16.00-da Xətai Sənət Mərkəzinə gələrək öz bacarıqlarını canlı olaraq nümayiş etdirəcəklər. Sonra qaliblərin mükafatlandırma (I yer - 500 manat, II yer - 300 manat, III yer - 100 manat) mərasimi keçiriləcək. Müsabiqənin bütün iştirakçıları diplomla təltif olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB