MTN-də görüş keçirilib FOTO

Mədəniyyət və Turizm Nazirliyində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə görüş keçirilib. SİA-nın məlumatına görə, nazirliyin Aparatının rəhbəri Rafiq Bayramov qonaqlarla görüşüb.

Görüşdə aparat rəhbəri səfərin əhəmiyyətini yüksək qiymətləndirərək, hər iki ölkənin Mədəniyyət və Turizm Nazirlikləri arasında yüksək əməkdaşlıq münasibətlərinin olduğunu qeyd etmiş, beynəlxalq layihələrdə birgə iştirak haqqında danışıb.

Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Türkiyədə işə qəbul məsələləri, qəbulun şərtləri, vəzifə və kateqoriyaları haqqında ümumi məlumat veriblər. Həmçinin, qonaqlar Nazirliyin fəaliyyəti ilə də əyani tanış olublar.

Sonda görüşdə səfərin qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişafına təkan verəcəyi bildirilib.

Bununla yanaşı, türkiyəli qonaqlarla Dövlət Qulluğu Məsələləri Komissiyasında görüş keçirilib. Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət Müəssisələri və Xalq Yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev və İnsan Resursları şöbəsinin müdir müavini Yusif Səfərov iştirak edib. Türkiyəli qonaqlara Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətinə həsr olunan təqdimat keçirilib.

Qeyd edək ki, səfərin əsas məqsədi hər iki ölkənin dövlət orqanları arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə