Konsert olacaq

Oktyabrın 9-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq Artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli, Azərbaycan Dövlət Filarmoniyası simfonik orkestrinin dirijoru, professor Rauf Abdullayevin yaradıcılığının 50 illiyi münasibətilə konsert keçiriləcək. SİA-nın məlumatına görə, maestro yaradıcılığının 50 illiyində klassik musiqi həvəskarlarına hesabat konserti verəcək.

Yaradıcılıq gecəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında Bramsın "4 saylı" və Malerin "1 saylı" simfoniyaları səsləndiriləcək.

Qeyd edək ki, Rauf Abdullayev Azərbaycanla yanaşı, Rusiya, Almaniya, Hollandiya, İsveçrə, Fransa, Misir, ABŞ, İtaliya və digər ölkələrdə məşhur kollektivlərə dirijorluq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə