"Ulduz" jurnalının yeni nömrəsi çapdan çıxıb

"Ulduz" jurnalının yeni nömrəsi çapdan çıxıb

"Təhsil" nəşriyyatında "Ulduz" jurnalının yeni nömrəsi işıq üzü görüb. SİA-nın məlumatına görə, jurnalın ilk səhifəsi tanınmış jurnalist Nəsir Əhmədlinin "Ulduz"umuzun səkkizinci guşəsi" adlı ekspert yazısı ilə açılır. Jurnalın "Şeir vaxtı", "Nəsr", "Debüt", "Tərcümə saatı", "Hücrə" və digər rubrikalarında maraqlı yazılar, şeir və nəsr əsərləri, tərcümələr yer alıb. Jurnalın bu nömrəsində Xalq Şairi Fikrət Qocanın anadan olmasının 80 illiyinə həsr edilmiş səhifədə Vüsal Nurunun "Sərbəst yaşayar heca ömrü", Fərqanə Mehdiyevanın "Vərəqlərə bağışlanan ömür" yazıları təqdim olunub.

Əsasən gənclərin nəşr olunduğu jurnalın budəfəki nömrəsində ənənəvi olaraq əlavə kitablar-Xalq Yazıçısı Elçinin "aybKitab" layihəsi çərçivəsində nəşr olunmuş "Kaşeyin taleyi" kitabı çap olunub. Kitabda Elçinin bir hekayəsi və bir povesti yer alıb.

Qeyd edək ki, jurnalın redaktoru Qulu Ağsəsdir.

Bütün xəbərlər Facebook səhifəmizdə