Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondu tərəfindən, 25 oktyabr - 03 noyabr tarixlərində Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək. SİA-nın məlumatına görə, festival çərçivəsində, 27 oktyabr tarixində Heydər Əliyev Sarayında bu il 25 yaşını qeyd edən, caz tarixində ən parlaq qruplardan biri hesab olunan əfsanəvi Fourplay kvartetinin konserti keçiriləcək.
Qrupun hər bir nümayəndəsi əsl caz korifeyidir. Fourplay kvartetinin ilk albomu (1991) bir milyon tiraj ilə satılıb və uzun müddət Billboard milli hit paradının ilk pillələrində yer alıb. Kvartetin növbəti albomları dəfələrlə Grammy mükafatını almaq üçün irəli sürülmüşdür və qızıl disk adı qazanmışdır. Musiqi aləminə verdiyi töhfəyə görə Fourplay ABŞ konqresi tərəfindən tanınan yeganə qrupdur.
Qeyd edək ki, saat 20:00 –da başlayacaq konsertin biletləri 20-120 manat arasında satışa çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB