Alim Qasımov Avropada konsert verəcək

Alim Qasımov Avropada konsert verəcək

Azərbaycanın Xalq Artisti, xanəndə Alim Qasımov Norveç və İsveçrədə konsert proqramı ilə çıxış edəcək. SİA-nın məlumatına görə, oktyabrın 26-dan 30-dək Norveçdə baş tutacaq konsertdə sənətkar əməkdar artist Fərqanə Qasımova ilə birlikdə çıxış edəcək.

Növbəti qastrol səfəri isə noyabrın 4-dən 7-dək İsveçrəyə olacaq. Bu ölkənin Cenevrə şəhərindəki konsertdə Alim Qasımovu ansamblı müşayiət edəcək.

Qeyd edək ki, hər iki konsert proqramında Alim Qasımov və Fərqanə Qasımova Azərbaycan muğamları, xalq və bəstəkar mahnılarını və təsnifləri ifa edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə