Ağdam Dövlət Dram Teatrında operetta hazırlanacaq

Ağdam Dövlət Dram Teatrında operetta hazırlanacaq

Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında Üzeyir Hacıbəylinin "Ər və arvad" operettası tamaşaya qoyulacaq. Teatrın baş rejissoru Sərvər Əliyev SİA-ya bildirib ki, dahi bəstəkarın 130 illiyi münasibətilə hazırlanacaq tamaşanın gələn ilin əvvəlində təqdim olunması nəzərdə tutulub: "Bu mövsümdə kollektiv Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir", Şarl Perronun "Sehrbaz qadın" tamaşalarını da nümayiş etdirəcək" .

Qeyd edək ki, teatr Ağdam rayonunun Quzanlı qəsəbəsində - cəbhəyanı bölgədə fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə