“Ustad Dərsi” keçirildi

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Estoniyalı skripka ustası Mina Yarvi, İtaliyadan tanınmış fortopiano ifaçısı professor Mikele Kampanella və Avropa Musiqi Akademiyasının prezidenti Paolo Petrorellinin iştirakı ilə məktəbin şagirdlərinə ustad dərsləri verilib. SİA-nın məlumatına görə, tədbirin açılışında Mərkəzi İncəsənət Məktəbinin direktoru Respublikanın əməkdar müəllimi Kamal Paşazadə xarici qonaqları tamaşaçılara təqdim edərkən ilk çıxışı Avropa Musiqi Akademiyasının prezidenti Paolo Petrorelliniyə verib. Paolo öz çıxışında bildirdi ki, əsas məqsəd musiqidən istifadə edərkən ölkələr arasında sülh yaratmaqdır. Həmçinin Azərbaycanda birinci dəfə olduğunu və Bakı haqqında xoş təəsüratlarını paylaşıb.
Sonda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin və Tofiq Quliyev adına 12 № 11 İllik Musiqi Məkətbinin şagirdlərinin pianino və skripkada ifaları dinlənilib. Pianinoda Mendelsonun, İ.S.Baxın və D.Qerşvin əsərləri ifa edilib.Skripkada Paqaninin,İ.S.Baxın əsərləri şagirdlər tərəfindən ifa edilib. Açıq dərs zamanı qonaqlar şagirdlərin ifasına qulaq asdıqdan sonra şagirdlərə öz tövsiyələrini veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə