Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avstriyanın Aviasiya Assosiasiyasının nümayəndə heyəti ilə görüşüb. SİA-nın məlumatına görə, görüş zamanı iki ölkə arasında həyata keçirilən bir sıra layihələrdən söhbət açılıb.
Nazir Azərbaycan Turizm və Menecment Universiteti və Avstriyanın Krems Universiteti arasında həyata keçirilən əməkdaşlığı xüsusi olaraq vurğulamış, ölkədə ikili diplom verən ilk təhsil müəssisəsi olduğunu bildirmişdir.
Assosiasiyanın prezidenti, professor Rat Mario Rehulka ölkəmiz haqqında yüksək fikirlərini bildirmiş, həmçinin Universitet ilə əlaqələrin inkişaf etdiyini vurğulayıb. Qonaq həmçinin elektron viza sisteminin əhəmiyyətindən də bəhs etmiş, bu sistemin turistlərə verdiyi üstünlüklərdən söz açıb.
Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərə ev sahibliyini vurğulayan Rat Mario Avroviziya Mahni Müsabiqəsi, I Avropa Oyunlarının ölkəmizin dünyada tanıdılması istiqamətində mühüm hadisə olduğunu qeyd edib.
Qonaqlar ölkəmizə səfərləri çərçivəsində Lahıc, Qəbələ, Şəki turizm imkanları ilə tanış olmuşlar, həmçinin Qobustan və Atəşgah kimi unikal tarix və mədəniyyət abidələrinə səfər ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB