Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı 95-ci yubiley mövsümünü açıb. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mövsümün açılışında "Şəhrizadın daha bir gecəsi" tamaşası təqdim edilib.
Tamaşanın ideya müəllifi və rejissoru Xalq Artisti İranə Tağızadədir. "1001 gecə" nağıllarının motivləri əsasında yazılmış pyesin müəllifi Valentina Reznikovadır.
Teatr yeni mövsümdə müasir dizayn və texniki imkanları ilə yenilənmiş saytını işə salması internet izləyiciləri üçün əsl sürpriz olub. Saytın texniki imkanlarına səsvermə, sorğu, publikasiyalara şərhlərin yazılma sistemi, teatrın sputnik xəritəsi, tamaşalardan foto və videomateriallar, sayt üzrə təkmilləşdirilmiş axtarış sistemi, teatrın aktyor və rejissorlarının, habelə yaradıcı heyətin əhatəli fərdi səhifələri daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB