Üzeyir ənənələri bu gün də davam etdirilir FOTOLAR

Üzeyir ənənələri bu gün də davam etdirilir FOTOLAR

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinə verdiyi töhvələrdən danışdı. Bildirib ki, o, özündən sonra bəstəkarlar məktəbinin yaranmasının əsasını qoyub: "Hər şey Üzeyir bəylə başlayır, onunla da davam edir. 1921-ci ildə konservatoriyada Üzeyir Hacıbəyli tərəfindən əsası qoyulan ənənələr bu gün də davam edir. Biz onun yolu ilə gedirik. Hazırda musiqi ifaçılarımız bütün Avropada çıxış edir, festivallarda və müsabiqələrdə uğurlar qazanırlar. Biz çox xoşbəxtik ki, belə bir dahi insan Azərbaycanda doğulub, burada yaşayıb və fəaliyyət göstərib".
Azərbaycan dövlətinin musiqi mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışan Fərhad Bədəlbəyli qeyd etdi ki, bu qayğının nəticəsində Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Qara Qarayevin, Fikrət Əmirovun və başqa dahi bəstəkarlarımızın ənənələri bu gün də yaşayır, inkişaf edir.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə və Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək əlamətdar günlə bağlı öz təbriklərini çatdırdılar. Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş festival və tədbirlərdən söz açaraq qeyd etdilər ki, bu festivallar Azərbaycan musiqisinin inkişafına, dünyada tanıdılmasına xidmət edir.
Tədbirdə Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə