ATMU-da səfirlə görüş olub

Azərbaycan Turizm və Menecment Universiteti fəaliyyətə başladığı ilk illərdən ixtisaslı və keyfiyyətli kadr hazırlığı məqsədinin uğurlu həllində maraqlıdır. SİA-nın məlumatına görə, Azərbaycan Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov və ATMU-nun rektoru Cəfər Cəfərovun Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Monye ilə görüşü olub. Böyük elçi Azərbaycan nümayəndə heyətinin Fransaya planlaşdırılan səfər proqramında, həmçinin ölkənin bir sıra universitetlərinin fəaliyyətləri ilə tanışlıq görüşlərinin də gündəmdə olduğunu bildirdi. Qeyd etmək lazımdır ki, ATMU-da tədris-təlim-tədqiqat-təcrübə modelinə üstünlük verilməklə bərabər, Avropanın nüfuzlu ali məktəbləri ilə ikili diplom proqramı sahəsində əməkdaşlığa, müvafiq beynəlxalq təşkilatlarla əlaqələrin inkişafına xüsusi önəm verilir. Azərbaycan Turizm və Menecment Universitetinin rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov qeyd edilən faktları Fransadakı Grenobl Akademiyasının professoru Jean-Noel Pachoud və GİP FİPAG-ın prezidenti Mişel Bross ilə rəhbərlik etdiyi ali təhsil ocağında görüşü zamanı deyib. Rektor C.Cəfərov daha sonra bildirib ki, ATMU Avropa İttifaqının Tempus proqramı çərçivəsində "Gürcüstan, Azərbaycan və Moldavada turizm sənayesinin inkişafı üçün mehmanxana işinin menecmenti üzrə bakalavr-magistr hazırlığı" layihəsində iştirakçı hüququ qazanan ali təhsil ocaqlarındandır.

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru tərəfindən səmimi qarşılandıqlarına görə təşəkkürünü bildirən qonaqlar-GİP FİPAG-ın prezidenti Mişel Bross və LMPH layihəsinin baş koordinatoru, Grenobl Akademiyasının professoru Jean-Noel Pachoud başlıca məqsədin iştirakçı ali məktəblərin tədris planlarını Tüninq metodolgiyasına uyğun olaraq hazırlamaqdan, tədris planlarını Avropa Universitetləri ilə eyniləşdirməkdən, ikili diplomların və diploma əlavələrin verilməsini reallaşdırmaqdan ibarər olduğunu diqqətə çatdırdı.

Qeyd edək ki, görüşün sonunda layihənin ümumi koordinatoru, Grenobl Akademiyasının professoru Jean-Noel Pachoud ATMU-nun böyük gələcəyi olduğuna əminliyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə