Görüş keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə cari ilin sentyabr ayının 21-də Göygöl, sentyabr ayının 22-də Gəncə şəhərində Kəlbəcər rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbədə, sentyabr ayının 23-də Samux rayonunda respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, ziyalıların, gənc ifaçıların kənd əhalisi ilə görüşləri keçiriləcək. SİA-nın məlumatına görə, tədbirlər regionlarda gənc nəslin sənət adamları və yaradıcı şəxslərlə, onların yaradıcılığı ilə yaxından tanış olması, bölgələrlə mədəni əlaqələrin daha da möhkəmləndirilməsi, mədəniyyətin müxtəlif sahələrinə marağın artırılması məqsədi daşıyır.

Görüşlərdə respublikanın xalq artistləri Canəli Əkbərov, Zabit Nəbizadə, Simarə İmanova, Cəmilə Bayramova, əməkdar artistlər Gülüstan Əliyeva, Zakir Əliyev, Teyyub Aslanov, Azad Şükürov və digər sənət adamlarının çıxışları nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə