Uruqvay Şərq Respublikası xarici işlər nazirinin müavini Xose Luis Kanselanın Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüş keçirilib. SİA-nın məlumatına görə, görüş zamanı Azərbaycanla Uruqvay Şərq Respublikası arasında 1994-cü ildə etibarən qurulmuş diplomatik əlaqələrdən söhbət açılmış və bu əlaqələrin daha da möhkəmləndirib inkişaf etdirilməsindən bəhs olunub.
Uruqvay Şərq Respublikası xarici işlər nazirinin müavini Xose Luis Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.
Nazir Əbülfəs Qarayev Uruqvay Şərq Respublikası xarici işlər nazirinin müavini Xose Luis Kanselanı 25-27 aprel 2016-cı il tarixində Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etməyə dəvət edib.
Sonda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev ilə Uruqvay Şərq Respublikası xarici işlər nazirinin müavini Xose Luis Kansela arasında Mədəniyyət haqqında ilk saziş imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB