Kitab Sərgi-Yarmarkasının açılışı olub FOTOLAR

Kitab Sərgi-Yarmarkasının açılışı olub FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı İdman Sarayında IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimi olub. SİA-nın məlumatına görə, sərgi-yarmarkada 100 yerli, 30 xarici olmaqla ümumilikdə 30 ölkəni təmsil edən kitabxana, çap və poliqrafiya müəssisələri, o cümlədən çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edib.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu ilki kitab sərgi-yarmarkasına böyük maraqlı olduğunu bildirib.

Poliqrafiya müəssisələrinin öz məhsulları ilə təmsil olunmasını diqqətə çatdıran nazir üç gün davam edəcək sərgi çərçivəsində bir sıra kitab təqdimatlarının, "dəyirmi masalar"ın, müzakirələrin aparılacağını söyləyib.

Əbülfəs Qarayev bildirib ki, keçən il ölkəmiz 15-dək beynəlxalq kitab sərgisində iştirak edib. Diqqətə çatdırılıb ki, Azərbaycan hər il beynəlxalq kitab sərgi-yarmarkalarında təmsil olunur və kitablarımız beynəlxalq sərgilərdə ən yüksək mükafatlara layiq görülür.

Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.

Sərgi ilə bağlı təəssüratlarını jurnalistlərlə bölüşən Baş nazirin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsi artıq bir ənənə halını alıb: "Belə sərginin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirirəm. İştirakçılar yarmarkada sərgilənən kitablar vasitəsilə Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı və bugünkü inkişaf səviyyəsi haqqında dolğun məlumat əldə edə biləcəklər".

Qeyd edək ki, sərgi sentyabrın 18-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə