Azərbaycanla Gürcüstan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi və ikitərəfli görüşlərin keçirilməsi məqsədilə Gürcüstanın Turizm üzrə Milli Administrasiyasının rəhbəri Giorgi Çoqovadzenin rəhbərlik edəcəyi nümayəndə heyəti 6-9 sentyabr 2015-ci il tarixində ölkəmizə səfər edəcək. SİA-nın məlumatına görə, səfər çərçivəsində qonaqların Mədəniyyət və Turizm Nazirliyində, Azərbaycan Turizm Assosiasiyasında, Azərbaycan Konqreslər Bürosunda ikitərəfli görüşlər keçirilməsi nəzərdə tutulub.
Həmçinin, qonaqlar Heydər Əliyev Mərkəzi, Şirvanşahlar Sarayı, Xalça muzeyi, Qız Qalası və Qobustan Milli Tarix Bədii Qoruğu ilə tanış olmaq imkanı əldə edəcəklər.
Qeyd edilməlidir, səfərin həyata keçirilməsində əsas məqsəd iki ölkə arasında işgüzar (MİCE) turizm sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi, MDB məkanında ilk dəfə olaraq 2013-cü ildə ölkəmizdə təsis edilmiş Azərbaycan Konqreslər Bürosunun təcrübəsindən istifadənin öyrənilməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB