Böyük ədib Cəfər Cabbarlı haqqında www.cafarcabbarli.org saytına müəllifin dram əsərləri əlavə olunub. SİA-nın məlumatına görə, saytda Cəfər Cabbarlının həyatı və yaradıcılığı, ev-muzeyi haqqında məlumatlarla tanış olmaq, pyeslərini, hekayələrini, poema, lirik və satirik şeirlərini, publisistik yazılarını oxumaq mümkündür.
2009-cu ildə Cəfər Cabbarlının anadan olmasının 110 illiyi münasibətilə yaradılmış sayt 2010-cu ildə "Milli net" Milli İnternet Mükafatı müsabiqəsində "Mədəniyyət, incəsənət və turizm saytları" nominasiyasında 2-ci yer tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB