Fransa turizm sənayesinin nümayəndələri ölkəmizə səfər edəcək

Fransa turizm sənayesinin nümayəndələri ölkəmizə səfər edəcək

Azərbaycanın Fransa Respublikasındakı Səfirliyinin dəstəyi və Fransanın "Challenge Tourisme" Assosiasiyasının təşəbbüsü ilə 03-06 sentyabr 2015-ci il tarixində Bakı şəhərində "Açıq innovasiya və turizm" mövzusu üzrə tədbir keçiriləcək. Tədbirlərdə iştirak etmək məqsədilə Fransanın turizm sənayesi nümayəndələrin təmsil olunacağı geniş nümayəndə heyətinin ölkəmizə səfəri planlaşdırılıb. Səfər çərçivəsində qonaqlar Şirvanşahlar Sarayı, Xalça muzeyi, Qız Qalası və Qobustan Milli Tarix Bədii Qoruğu ilə taniş olmaq imkanı əldə edəcəklər.

Qeyd etmək istəyirik ki, 20 ildən artıq təcrübəyə malik olan turizm sahəsində elmi tədqiqat mərkəzi (Think Tank) rolunu oynayan "Challenge Tourisme" Assosiasiyası Fransanın turizm sahəsində fəaliyyət göstərən məşhur turizm təşkilatlarının rəhbərlərini özündə birləşdirir. 3-6 sentyabr 2015-ci il tarixində Azərbaycanda təşkil ediləcək səfərdə nümayəndə heyətinin tərkibində bir sıra məşhur turizm və səyahət agentliklərinin və turizm sahəsində məlumat təşkilatlarının, o cümlədən "Tourmag.com", "TV Tourisme" və "ITourisme" təşkilatlarının rəhbərlərinin iştirak edəcəyi nəzərdə tutulub.

Tədbirlər çərçivəsində 05 sentyabr 2015-ci il tarixində "Fairmont Baku" mehmanxanada Azərbaycan turizm potensialına həsr olunmuş təqdimatın keçirilməsi, həmçinin yerli turizm şirkətləri ilə iki tərəfli görüşlərin təşkili planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə