Kitab sərgisi açılıb

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli yazıçı Əlibala Hacızadənin anadan olmasının 80 illiyi münasibətilə "Əlibala Hacızadə-80" başlıqlı kitab sərgisi açılıb. Kitabxanadan SİA-ya verilən məlumata görə, sərgidə nasirin Azərbaycan və rus dillərində əsərləri, haqqında yazılan, "Ön söz" yazdığı, redaktoru olduğu kitablar, dövrü mətbuat materialları sərgilənib.

Bütün xəbərlər Facebook səhifəmizdə