Xalq şairinin yubileyi qeyd ediləcək
Bu gün xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qocanın 80 yaşı tamam olur. SİA-nın məlumatına görə, xalq şairinin təntənəli yubiley tədbirinin sentyabrın sonu, oktyabrın əvvəlində keçiriləcəyi planlaşdırılıb.

Yubiley münasibətilə Fikrət Qocanın səkkizcildliyi çapdan çıxıb. Seçilmiş əsərlər toplusuna şairin sovet dövründə nəşr edilmiş, habelə son illər yazdığı əsərlər daxil edilib.

Nəfis şəkildə tərtib edilən nəşrdə şairin roman və povestləri yer alıb. Xalq şairinin "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" əsərləri də səkkizcildliyə daxil edilib.

Qeyd edək ki, Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. 1998-ci ildən AYB-nin katibidir.

Bütün xəbərlər Facebook səhifəmizdə