"Sülh aylığı" çərçivəsində sərgi

"Sülh aylığı" çərçivəsində sərgi

Azərbaycanda hər il avqustun 21-dən sentyabrın 21-dək "Sülh aylığı" keçirilir. SİA-nın verdiyi xəbərə görə, bu münasibətlə Milli Kitabxanada sülh və insan hüquqlarını təbliğ edən "İnsan hüquqları, demokratiya və sülh" başlığı altında kitab sərgisi açılıb. Sərgidə mövzunu özündə geniş əhatə edən sülh, demokratiya, insan hüquqları ilə bağlı 100-dən artıq kitab nümayiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə