Qusarlı müəllimin əl işləri heyrət doğurur FOTOLAR

Qusarlı müəllimin əl işləri heyrət doğurur FOTOLAR

Qusarlı müəllimin asudə vaxtlarında yaratdığı əsərləri göz oxşayır. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, taxta üzərində yandırma üsulu ilə yaratdığı sənət əsərlərinə düz 30 ildən çox sevə-sevə vaxt ayırıb.

Qusarlı riyazziyat müəllimi Nurulla Davudov 33 ildir ki, taxta lövhələr üzərində yandırma üsulu ilə bir-birindən gözəl əsərlər yaradır. 62 yaşlı istedadlı pedaqoq taxta lövhələr üzərində təbiəti, kənd həyatını, qədim adət ənənələrimizi əks etdirən rəsmlər çəkir. İşindən zövq alan sənətkar əsərlərini xüsusi yandırıcı qurğudan istifadə etməklə yaradır. Bu iş xüsusi istedad və ən əsası böyük səbr tələb edir.

Nurulla Davudov bildirib ki, bir əsərin çəkilməsinə 2-3 gün sərf edir. Amma elə böyük əl işləri də var ki, onun üzərində bir ay çalışmalı olub. Sənətkar vaxtilə uşaq yaradıcılıq mərkəzində fəaliyyət göstərən dərnəkdə balacalara taxta lövhələr üzərində yandırma üsulu ilə rəsm əsərləri çəkməyin sirlərini öyrədib. Onun əsərləri dəfələrlə rayonda təşkil olunan sərgilərdə nümayiş etdirilir.

İki kitab müəllifi olan Nurulla Davudov Qusar rayon Avaran kənd orta məktəbinin direktoru vəzifəsində çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə