Aktyor xəstəxanalıq oldu
Rusiyanın məşhur aktyoru və rejissoru, SSRİ xalq artisti Lev Durovun səhhəti pisləşib. SİA-nın rus mətbuatına istinadən verdiyi məlumata görə, aktyor Moskvada Leninski prospektindəki Birinci Şəhər xəstəxanasına yerləşdirilib.

Rusiyanın məşhur aktyoru və rejissoru SSRİ xalq artisti Lev Durov 1931-ci il, dekabrın 23-də Moskvada anadan olub. Durovlar ailəsi Rusiyada məşhur sirk artistləri sülaləsinə aiddir. 1967-ci ildən bu günə kimi o, Malaya Bronnayadakı Moskva Dram Teatrında çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə