Nazir Dario Francesçi ilə görüşüb FOTOLAR

Nazir Dario Francesçi ilə görüşüb FOTOLAR
Xəbər verdiyimiz kimi, İtaliyanın Milan şəhərində keçirilən "EXPO Milan 2015" sərgisi çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə beynəlxalq konfrans keçirilib. SİA-nın məlumatına görə, konfrans çərçivəsində mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev İtaliya Respublikasının Mədəni İrs, Fəaliyyət və Turizm Naziri Dario Francesçini ilə görüşüb.

Görüş zamanı Azərbaycan Respublikası və İtaliya Respublikası arasında mədəni irs və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir cənab Əbülfəs Qarayev konfransın əhəmiyyətini xüsusi vurğulamış və 2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu zamanı da bu mövzuların müzakirə ediləcəyini bildirib. Həmçinin nazir Əbülfəs Qarayev Dario Francesçini Forumda iştirak etməyə dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə