Azərbaycan dili günü münasibətilə sərgi açılıb

Azərbaycan dili günü münasibətilə sərgi açılıb
Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür" mövzusunda geniş kitab sərgisi açılıb. Kitabxanadan SİA-ya verilən məlumata görə, sərgidə Milli Kitabxana direktorunun müavini Gülbəniz Səfərəliyeva Azərbaycan əlifbasının və Azərbaycan dilinin tarixindən, bu günədək keçdiyi şərəfli inkişaf yolundan, əldə olunmuş nailiyyətlərdən bəhs edib, dilimizin zənginliyindən söhbət açıb.

Tədbirdə şairlər Fəridə Hacıyeva, Səyyarə Məmmədli və başqaları Azərbaycan dilinə həsr etdikləri şeirlərini oxuyublar.

Qeyd edək ki, iki yüzədək ədəbiyyatı özündə əks etdirən "1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür" mövzusunda sərgi iştirakçıların böyük marağına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə