Azərbaycanın və SSRİ-nin Xalq Artisti Fidan Qasımovanın Böyük Britaniya Kembric Universitetinin tərtib etdiyi ensiklopediyada dünyanın ən tanınmış ifaçısı adına layiq görülməsi münasibəti ilə 27 iyul tarixində London şəhərində konsert proqramının keçirilməsi planlaşdırılıb. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, konsert proqramında Fidan və Xuraman Qasımovaların Azərbaycan və dünya klassik musiqilərindən ibarət proqramla çıxış etmələri nəzərdə tutulur.
Qeyd edək ki, bu səfərin təşkili Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB