Mingəçevir Şəhərinin Tarixi Muzeyinin yeni binasının açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, şəhərdəki Heydər Əliyev parkında yerləşən muzey binasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmir-bərpa, rekonstruksiya işləri aparılıb və yeni ekspozisiyanın bədii tərtibat işləri həyata keçirilib.
Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini İlham İsmayılov çıxış ediblər.
Nazir Əbülfəs Qarayev bildirib ki, ötən ay ölkəmiz birinci Avropa Oyunlarına uğurla ev sahibliyi etdi. Azərbaycan bir daha öz inkişafını, tərəqqisini, xalqımızın mədəniyyətini, turizm və idman sahəsindəki uğurlarını, qonaqpərvərliyini bütün dünyaya nümayiş etdirdi. Bakı ilə yanaşı, Mingəçevirdə də keçirilən Avropa Oyunları yarışlarının iştirakçıları, rəsmi qonaqlar və turistlər öz ölkələrinə xoş təəssüratla qayıtdılar. Bu mötəbər yarışlardan sonra yaxın gələcəkdə ölkəmizə çoxsaylı turistlərin gəlişi gözlənilir. Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi üçün geniş tədbirlər görülür.
Bu gün ölkəmizin şəhər və rayonlarında tarix-diyarşünaslıq muzeyləri, görkəmli şəxsiyyətlərin ev-muzeyləri, xatirə muzeyləri fəaliyyət göstərir. Turistlərin həmin mədəniyyət ocaqlarına marağını cəlb etmək üçün onların yeni inzibati binalarla təmin olunması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər görülür.
Nazir qeyd edib ki, Mingəçevir şəhərinin ərazisi qədim və zəngin tarixə malikdir. Burada turizmin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanlar var. Bu baxımdan Mingəçevir Şəhərinin Tarixi Muzeyinin fəaliyyətinə xüsusi önəm vermək lazımdır. Çünki bu, regionda ən çox eksponatı olan muzeydir. Muzeyə turistlərin marağı da böyükdür. Qədim Mingəçevirin tarix və mədəniyyətini özündə əks etdirən muzeyin yeni bina ilə təmin olunması Prezident İlham Əliyevin Azərbaycanda milli mədəni irsin qorunması və təbliğ olunması istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq görülən işlərin tərkib hissəsidir.
Əbülfəs Qarayev məlumat verib ki, 1968-ci il yanvarın 11-də cəmi 50 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 15 mindən artıq eksponat sərgilənir. Qədim və müasir Mingəçevir bölmələrindən ibarət olan muzey binasının ümumi sahəsi 720 kvadratmetrdir.
Muzeyin direktoru Nofər Məmmədəliyevin sözlərinə görə, 1946-53-cü illərdə görkəmli arxeoloq alim Saleh Qazıyevin rəhbərliyi altında Bozdağ silsiləsinin cənubunda, Kür çayının hər iki sahilində aparılmış arxeoloji qazıntılar zamanı Eneolit dövründən başlayaraq (e.ə. III minillikdən XVII əsrədək) ayrı-ayrı tarixi dövrləri əks etdirən 20 minə qədər maddi-mədəniyyət nümunələri aşkarlanıb. Bunların arasında katakomba, taxta qutu və küp qəbirlər, məişət və bəzək əşyaları, pul sikkələri, tuncdan düzəldilmiş müxtəlif silah növləri vardır. Bu eksponatlar tədqiqat üçün AMEA-nın Tarix İnstitutuna göndərilib. Həmin maddi-mədəniyyət nümunələrindən yalnız 50-si Mingəçevirdə eksponat kimi saxlanılıb. Bu əşyalar əsasında formalaşdırılan muzey sonrakı illərdə daha da genişlənib.
Muzeyin "Qədim Mingəçevir" bölməsində Mingəçevir ərazisinin qədim flora və faunasını əks etdirən ekspozisiyalar, 1946-1953-cü illərdə aparılan arxeoloji qazıntı işləri zamanı çəkilən fotoşəkillər, Mingəçevir İstilik Elektrik Stansiyasının tikilməsi ilə bağlı fotolar, Mingəçevir Su Elektrik Stansiyasının maketi, XIX-XX əsrə aid təsərrüfat və məişət qabları və digər eksponatlar maraq doğurur.
Muzeyin "Müasir Mingəçevir" bölməsində isə XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından indiki dövrə qədər ictimai-siyasi hadisələri əks etdirən ekspozisiyalar diqqəti cəlb edir. Muzeydə 20 Yanvar və Xocalı faciələrinə aid materiallar da nümayiş olunur.
Muzeyin əməkdaşları vətəndaşlarla mütəmadi olaraq əlaqə saxlayır, maarifləndirmə işləri aparır və bu əməkdaşlığın nəticəsində onlar evlərində saxladıqları qədim əşyaları könüllü olaraq təqdim edirlər. Muzey bu yolla cari ilin 6 ayı ərzində 182 ədəd qədim eksponat əldə edə bilib. Bundan əlavə, muzeyin yeni binasında tez-tez tədbirlər, sərgilər təşkil olunur. Hər il noyabrın 11-də Mingəçevirdə "Şəhər günü" ilə bağlı Heydər Əliyev meydanında muzeyin səyyar sərgisi təşkil edilir. Muzeydə məktəblilər üçün tarix dərsləri keçirilir. Muzeyin nəzdində ölkəmizdə ilk dəfə olaraq "Şəhidlərin xatirə muzeyi" yaradılıb.
Nofər Məmmədəliyev bildirib ki, muzeyi ziyarət edənlərin sırasında Mingəçevir məktəbliləri, tələbələr, ətraf rayonların sakinləri, eləcə də şəhərə gələn yerli və xarici turistlər çoxluq təşkil edir. Məlumata görə, hər il Mingəçevir Şəhərinin Tarixi Muzeyini və "Şəhidlərin xatirə muzeyi"ni 40 minə yaxın qonaq ziyarət edir.
Çıxışlardan sonra muzeyin açılışını bildirən rəmzi qırmızı lent kəsilib. İştirakçılar muzeyə baxış keçirərək eksponatlarla tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



