Yay aylarında orqanizmi möhkəmləndirmək üçün ən əlverişli vasitələrdən biri də günəş vannasıdır. Amma kor-koranə şəkildə günəşin altında uzanmaq olmaz. Əks halda dəri xərçənginə yoluxa bilərsiniz.
Dənizə gedərkən ehtiyatlı olun. Günəşin altında çox dayanmaq dəri xərçəngi yarada bilər. Günəş yanıqları, istivurmalar, günvurmalar, qalıcı ləkələr qaçılmaz ola bilər. Ultrabənövşəyi şüaların birbaşa dəri səthinə təsirinin dəri xərçəngi yaratması artıq sübuta yetirilib.
Mütəxəssislər günorta 12-dən 4-ə qədər günəşin birbaşa ultrabənövşəyi şüaları altında dayanmağı məsləhət görmürlər. Üzüyuxarı qaralma tədricən qəbul edilməlidir və baş nahiyəsi, gözü şüanın təsirindən qorumaq vacib hesab olunur.
Lazımi qədər günəş vücuda canlılıq gətirir, orqanizmdə ümumi zəiflik, revmatizm, qadın xəstəlikləri, ekzema, sümük vərəmi, yel, uşaqlarda sümük boşluğu və sair bir çox xəstəliklərin müalicəsinə kömək edir. Dənizə gedərkən dərini xarici təsirlərdən qorumaq üçün günəş kremlərindən istifadə mütləq hesab olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB