Türkiyənin simfonik orkestiri Şəkidə konsert verəcək

Türkiyənin simfonik orkestiri Şəkidə konsert verəcək

Türkiyənin "Çukurova" dövlət simfonik orkestiri ölkəmizdə konsert proqramı ilə çıxış edəcək. Azərbaycan Bəstəkarlar İttifaqından SİA-ya verilən məlumata görə, konsert iyulun 1-dən 10-dək Şəki şəhərində keçiriləcək "İpək Yolu" beynəlxalq musiqi festivalı çərçivəsində reallaşacaq.

Qeyd edək ki, 75 nəfərlik heyətlə səhnəyə çıxacaq türkiyəli musiqiçilər maraqlı konsert proqramı təqdim edəcəklər. Bədii rəhbəri türkiyəli bəstəkar Orhan Urşan olan orkestrin bu gün Azərbaycana gələcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə