Sentyabrın 7-də tanınmış cazmen Emil Əfrasiyabın kvarteti Fransada Kolmar Caz Festivalının açılış konsertində çıxış edəcək. SİA-nın verdiyi məlumata görə, konsert Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil olunacaq. TEAS-dan bildirilib ki, konsert yerli televiziya kanalı ilə (www.tv7.fr.) nümayiş etdiriləcək.
Qeyd edək ki, Emil Əfrasiyab 1982-ci ildə Bakıda anadan olub. Onun əsərlərində Azərbaycan muğamı ilə cazın sintezi üstünlük təşkil edir. Bu əsərlərdə intonasiyadakı təzadlar, klassik musiqidə rast gəlinən harmoniya və ritmlər özünü göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB